...

Yunanıstanda 5,4 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 30 İyun 2018 05:45 (UTC +04:00)
5,4 bal gücündə zəlzələ Yunanıstanın Peloponnes yarımadasının sahili yaxınlığında baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.
Yunanıstanda 5,4 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

5,4 bal gücündə zəlzələ Yunanıstanın Peloponnes yarımadasının sahili yaxınlığında baş verib. Bu barədə Trend Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Xidmətin məlumatına görə, zəlzələnin mərkəzi 10 km dərinlikdə yerləşir.

Zəlzələnin episentri isə Metoni şəhərindən 38 km qərbdə idi.

Qurbanlar və dağıntılar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti