...

Hindistanda məktəbli avtobusu dərəyə aşdı

Hadisə Materials 2 İyul 2018 10:22 (UTC +04:00)
Hindistanın şimalında məktəbliləri aparan avtobus qəzaya uğrayıb.
Hindistanda məktəbli avtobusu dərəyə aşdı

Bakı. Trend:

Hindistanın şimalında məktəbliləri aparan avtobus qəzaya uğrayıb. Trend-in məlumatına görə, avtobus Uttar-Pradeş ştatında dərəyə aşıb.

Qəza nəticəsində 6 şagirdin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Onların vəziyyəti orta qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi isə hələ dəqiq məlum deyil. Polis araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti