...

Şəkidə həkimi qətlə yetirən şəxs tutuldu

Hadisə Materials 2 İyul 2018 14:12 (UTC +04:00)
Şəki şəhər sakini Ələsgər Teymurovu qətlə yetirməkdə şübhəli bilinən qonşusu Şahin Mirzəyev saxlanılmışdır
Şəkidə həkimi qətlə yetirən şəxs tutuldu

Bakı. Trend:

İyunun 30-da Şəki rayon mərkəzi xəstəxanasından daxil olmuş məlumatda şəhər sakini Ələsgər Teymurovun həkim işlədiyi təcili tibbi yardım stansiyasının həyətində ölməsi və baş nahiyəsində xəsarət olması bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Teymurovun həmin gün yaşadığı evin qarşısında qonşusu Şahin Mirzəyevlə mübahisə etməsi və bu zaman Ş.Mirzəyevin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Ş.Mirzəyev saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti