...

Ağdamda kafe yanıb

Hadisə Materials 4 İyul 2018 03:39 (UTC +04:00)
Ağdamda yanğın qeydə alınıb
Ağdamda kafe yanıb

Bakı. Trend:

Ağdamda yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Xındırıstan kəndində ümumi sahəsi 80 m² olan ikimərtəbəli tikilinin (kafe kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti