...

Ucarda 5 otaqlı ev yanıb

Hadisə Materials 4 İyul 2018 16:15 (UTC +04:00)
Ucarın Qaradağlı kəndində ev yanıb.
Ucarda 5 otaqlı ev yanıb

Bakı. Trend:

Ucarın Qaradağlı kəndində ev yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb, yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti