...

Novxanı çimərliyində batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 5 İyul 2018 13:21 (UTC +04:00)
Abşeron rayonunun Novxanı çimərliyində batmış 2003-cü il təvəllüdlü Məmmədov Murad Zaur oğlunun axtarışları başa çatıb.
Novxanı çimərliyində batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Bakı. Trend:

İlk xəbər saat 09:15-də yayımlanıb

Abşeron rayonunun Novxanı çimərliyində batmış 2003-cü il təvəllüdlü Məmmədov Murad Zaur oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, M.Məmmədovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XXX

09:15

Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfərin batması barədə məlumat daxil olub.

Trend-in məlumatına görə, bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti