...

İrandan gələn Azərbaycan vətəndaşları saxlanılıb - Narkotik vasitə aşkarlanıb

Hadisə Materials 5 İyul 2018 10:07 (UTC +04:00)
İran İslam Respublikasından piyada yolla birlikdə gələn Azərbaycan Respublikasının iki vətəndaşı saxlanılıb.
İrandan gələn Azərbaycan vətəndaşları saxlanılıb - Narkotik vasitə aşkarlanıb

Bakı. Trend:

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından piyada yolla birlikdə gələn Azərbaycan Respublikasının iki vətəndaşı saxlanılıb.

DGK-dan Trend-ə verilən məlumata görə, idarənin sərnişin şöbəsində hər iki vətəndaşın üzərində şəxsi yoxlama zamanı onların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Həmin şəxslər gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb və tibbi müayinədən keçirilib. Nəticədə, saxlanılan vətəndaşlardan birinin düz bağırsağında iki ədəd bağlamada, xalis çəkisi 112,165 qram olan heroin, digərinin düz bağırsağında isə iki ədəd bağlamada, xalis çəkisi 109,380 qram olan heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti