...

Pakistanda leysan yağdı, 14 nəfəri öldürdü

Hadisə Materials 5 İyul 2018 11:58 (UTC +04:00)
Pakistanın şimal bölgələrində baş vermiş leysan nəticəsində azı 14 nəfər həlak olub, 17 nəfər isə müxtəlif xəsarətlər alıb
Pakistanda leysan yağdı, 14 nəfəri öldürdü

Bakı. Trend:

Pakistanın şimal bölgələrində baş vermiş leysan nəticəsində azı 14 nəfər həlak olub, 17 nəfər isə müxtəlif xəsarətlər alıb.

Trend-in məlumatına görə, təkcə Pəncab əyalətində həlak olanların sayı 12 nəfər olub.

Qeyd olunur ki, ölənlərin əksəriyyəti yaşayış evlərinin damlarının çökməsi nəticəsində həyatını itirib.

Bundan başqa, çoxlu sayda ağac və elektrik dirəklərinin aşdığı bildirilir.

Güclü yağıntıların yaxın günlərdə azalacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti