...

Moskvada yaşayış binasından 20 nəfər evakuasiya edilib

Hadisə Materials 6 İyul 2018 01:47 (UTC +04:00)
Çatıdakı yanğın səbəbiylə Moskvanın mərkəzindəki yaşayış binasından təxminən 20 adam evakuasiya edilib.
Moskvada yaşayış binasından 20 nəfər evakuasiya edilib

Bakı. Trend:

Çatıdakı yanğın səbəbiylə Moskvanın mərkəzindəki yaşayış binasından təxminən 20 adam evakuasiya edilib. Bu haqda məlumatı cümə axşamı Trend İnterfaks-a istinadən bildirib.

"Yanğın 43 saylı Pyatnitskaya küçəsində yerləşən yaşayış binasının damında baş verib. 20 nəfər evakuasiya edilib", - mənbə deyib.

Xəbərdə qeyd edilir ki, yanğına mümkün olan 5 kateqoriyadan ikinci ağılrıq dərəcəsi verilib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti