...

Konyada sərnişin avtobusu aşıb

Hadisə Materials 6 İyul 2018 04:59 (UTC +04:00)
Sərnişin avtobusu, Afyonkarahisar və Konya arasındaki avtomobil yolunda, İlgin bölgəsinin yaxınlığında ağır qəzaya uğrayıb.
Konyada sərnişin avtobusu aşıb

Bakı. Trend:

Sərnişin avtobusu, Afyonkarahisar və Konya arasındaki avtomobil yolunda, İlgin bölgəsinin yaxınlığında ağır qəzaya uğrayıb. Qəza nəticəsində 4 uşaq olmaqla 32 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb olunub. Avtobus sürücüsü ağır vəziyyətdə Konya şəhərinə aparıldı, digər yaralılar isə İlgin və Akşehir dövlət xəstəxanalarına yerləşdirildi.

Qəzadan sonra mərkəzi avtomobil yolu təxminən 2 saat bağlı qaldı, lakin avtobus qəza yerindən götürüldükdən sonra yolda hərəkət bərpa edildi.

İlgin bölgəsinin icra hakimiyyətinin başçısı xəstəxanaları ziyarət edib və yaralıların vəziyyətinə dair məlumat alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti