...

Tailandda təyyarə qəzası nəticəsində 3 adam ölüb

Hadisə Materials 6 İyul 2018 06:52 (UTC +04:00)
İyunun 5-i Tailandın şimal-qərbində yerləşən Mae Hong Son əyalətində hava limanından ayrıldıqdan sonra radar ekranlarından itmiş tək motorlu təyyarənin düşməsi nəticəsində üç nəfər həlak olub, biri ağır yaralanıb.
Tailandda təyyarə qəzası nəticəsində 3 adam ölüb

Bakı. Trend:

İyunun 5-i Tailandın şimal-qərbində yerləşən Mae Hong Son əyalətində hava limanından ayrıldıqdan sonra radar ekranlarından itmiş tək motorlu təyyarənin düşməsi nəticəsində üç nəfər həlak olub, biri ağır yaralanıb. Bu haqda Trend "The Nation" qəzetinə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, qəza yerində axtarış qrupu hava limanından 30 kilometr şimalda itən dörd nəfərlik təyyarədən sağ qalan bir nəfər sərnişinini tapıb. Onun vəziyyəti haqqında dəqiq məlumat yoxdur. Digər bir sərnişin və iki pilot ölüb.

Hadisə yerində axtarışlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti