...

Şəmkirdə maşın qaçıran yeniyetmə yolda saxlanılıb

Hadisə Materials 6 İyul 2018 13:41 (UTC +04:00)
Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Şəmkir rayonunun Morul kənd sakini olan yeniyetmə avtomobillə birgə saxlanılıb
Şəmkirdə maşın qaçıran yeniyetmə yolda saxlanılıb

Bakı. Trend:

İyulun 4-də Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisindən Əliyaqublu kənd sakini Saleh Məmmədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Morul kənd sakini olan bir yeniyetmə qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti