...

Bakıda süpürgəçini öldürən "KamAZ" sürücüsünün məhkəməsi başlayır

Hadisə Materials 9 İyul 2018 11:22 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda süpürgəçini vurub öldürməkdə təqsirləndirilən sürücü Zaur Musayevin işi üzrə məhkəmə prosesi başlayır.
Bakıda süpürgəçini öldürən "KamAZ" sürücüsünün məhkəməsi başlayır

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda süpürgəçini vurub öldürməkdə təqsirləndirilən sürücü Zaur Musayevin işi üzrə məhkəmə prosesi başlayır.

Trend-in məlumatına görə, iş baxılması üçün məhkəməyə göndərilib və hakim Ənvər Seyidovun icratına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 12-nə təyin edilib.

İttihama görə, bu il martın 27-də saat 18 radələrində Sabunçu rayonunu ərazisində “KamAZ” markalı avtomobil yolda süpürgəçi işləyən Cəmilə Salahovanı vurub öldürüb.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Musayev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti