...

Sabirabadda taksidə oğurluq - sürücü müştərinin pulunu götürüb

Hadisə Materials 9 İyul 2018 16:44 (UTC +04:00)
Sabirabad şəhər sakini Samir Cəfərov saxlanılıb
Sabirabadda taksidə oğurluq - sürücü müştərinin pulunu götürüb

Bakı. Trend:

Sabirabadda taksidə oğurluq hadisəsi qeydə alınıb.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 8-də Sabirabad rayonunun Əsgərbəyli kənd sakini V.Mehdiyev RPŞ-yə müraciət edərək həmin gün saat 8 radələrində şəhər ərazisində sərnişini olduğu taksi kimi fəaliyyət göstərən “VAZ-21063” markalı avtomobildən düşdükdən sonra cibindəki 2300 manatın oraya düşməsini və həmin pulu sürücünün oğurladığını bildirib.

Pulu oğurlamaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü, şəhər sakini Samir Cəfərov Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti