...

Binəqədidə quldur dəstə tutulub

Hadisə Materials 9 İyul 2018 18:56 (UTC +04:00)
Ağcabədi rayon sakinləri Hikmət Soltanov, Sədi Kərimov və Pərviz Sultanov saxlanılıblar
Binəqədidə quldur dəstə tutulub

Bakı. Trend:

Binəqədi sakinini döyərək pulqabısını alanlar tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 7-də paytaxt sakini Elmir Hümbətzadənin yaşadığı evə gələrək onu döyüb içərisində 382 manat və açar olan pulqabısını almaqda şübhəli bilinən tanışları – Ağcabədi rayon sakinləri Hikmət Soltanov, Sədi Kərimov və Pərviz Sultanov saxlanılıblar.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti