...

Masazırda iki avtomobil toqquşdu - FHN sərnişini xilas etdi

Hadisə Materials 10 İyul 2018 18:14 (UTC +04:00)
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Masazır kəndində "SEAT" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Masazırda iki avtomobil toqquşdu - FHN sərnişini xilas etdi

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Masazır kəndində "SEAT" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti