...

Sumqayıtda yolu keçən piyada avtomobillə vurulub

Hadisə Materials 10 İyul 2018 19:42 (UTC +04:00)
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Sumqayıtda yolu keçən piyada avtomobillə vurulub

Bakı. Trend:

Sumqayıtda yolu keçən piyada avtomobillə vurulub.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 9-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini Sərdar Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Xuraman Hüseynovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti