...

Dələduzluq və qanunsuz silah-sursat saxlamaqda təqsirləndirilən sayt rəhbərinə hökm oxundu

Hadisə Materials 11 İyul 2018 14:10 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Elnur Vaqifoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Dələduzluq və qanunsuz silah-sursat saxlamaqda təqsirləndirilən sayt rəhbərinə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Elnur Vaqifoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elnur Vaqifoğlu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Elnur Vaqifoğlu qohumundan 10 min manat alaraq məhkəmədə olan işini onun xeyrinə həll etdirəcəyini vəd edib və aldadıb.

Elnur Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilib.

Bu il fevralın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Yüzbaşılı kənd məktəbinin direktoru Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - “İJ” və “TOZ-8” markalı tüfənglər, 1 ədəd “Naqan” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində məlum olub ki, P.Zeynalovun həyətindən aşkarlanan silah-sursat, kənd məktəbində müəllim işləyən Vüsal Əliyev, onun bacısının həyat yoldaşı rayonun Baharlı kənd sakini Rizvan Mirzəliyev və Elnur Vaqifoğlu tərəfindən basdırılıb.

V.Əliyev, R.Mirzəliyev və E.Vaqifoğlu saxlanılıb.

E.Vaqifoğlu bir neçə saytın rəhbəri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti