...

Abşeron və Qusarda çətənə kolları aşkarlanıb

Hadisə Materials 11 İyul 2018 15:52 (UTC +04:00)
Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb
Abşeron və Qusarda çətənə kolları aşkarlanıb

Bakı. Trend:

Abşeron və Qusarda çətənə kolları aşkarlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saray qəsəbə sakini Həsən Hüseynova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Qusar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Çiləgir kənd sakini Ağazaman Zamanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti