...

Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib

Hadisə Materials 15 İyul 2018 13:50 (UTC +04:00)
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib.
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib

Bakı. Trend:

2018-ci ilin 10 iyul tarixində Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilmişdir.

Trend-in hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata əsasən, ümumilikdə 10 iyul hadisələrinə görə 22 nəfər həbs edilib. 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.

Eyni zamanda, 3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunub, 8 nəfər barəsində axtarış elan edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti