...

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Hadisə Materials 18 İyul 2018 11:30 (UTC +04:00)
Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın meyitinin yaşadığı S.Bağırov küçəsi ev 14-də tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

İyulun 17-də saat 8 radələrində Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın meyitinin yaşadığı S.Bağırov küçəsi ev 14-də tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalarla həmin gün saat 6 radələrində M.Qəhrəmanova ilə birgə yaşayan qohumu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verdiyi və sonuncunun onun baş nahiyəsinə yumruqla vuraraq qətlə yetirməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti