...

Ağsuda soyğunçuluq edən şəxs saxlanılıb

Hadisə Materials 18 İyul 2018 12:44 (UTC +04:00)
İyulun 17-də Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Muradlı kənd sakini A.Nurməmmədov iyulun 15-də bir nəfərin onun həyətyanı sahəsindən 2 baş qoyununu “Daewoo” markalı avtomobilə qoyaraq aradan çıxdığını bildirib.
Ağsuda soyğunçuluq edən şəxs saxlanılıb

Bakı. Trend:

İyulun 17-də Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Muradlı kənd sakini A.Nurməmmədov iyulun 15-də bir nəfərin onun həyətyanı sahəsindən 2 baş qoyununu “Daewoo” markalı avtomobilə qoyaraq aradan çıxdığını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək “isti izlər”lə Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Polis Şöbəsində aparılan araşdırmalarla onun Ağdam rayon sakini Gündüz Abbasov olduğu müəyyən edilib. O, heyvanları götürdüyünü ətrafdakıların gördüyündən ehtiyat edərək onları yolda atdığını bildirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti