...

İraqda etiraz aksiyaları davam edir: 12 ölü, 571 yaralı

Hadisə Materials 20 İyul 2018 02:21 (UTC +04:00)
İraqın cənub şəhərlərində etiraz aksiyaları davam edir
İraqda etiraz aksiyaları davam edir: 12 ölü, 571 yaralı

Bakı. Trend:

İraqın cənub şəhərlərində etiraz aksiyaları davam edir.

Trend-in məlumatına görə, etiraz aksiyaları başlayandan 12 nəfər həlak olub, 571 nəfər isə yaralanıb. Yaralananların 371-i təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.

Bundan əlavə etiraz aksiyaları zamanı 18 hökümət binası, 22 partiya qərargahı, 7 yaşayış binası uçurulub. Etazçılardan 302 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, İraqda etiraz aksiyaları iyulun 8-i Basra şəhərində başlayıb. Etirazçılar işsizlik və kommunal vəziyyətdən narazıdır. Daha sonra etiraz aksiyaları Maysan, Kərbəla, Nəcəf, Di-Kar bə Babil şəhərlərinədə keçirb.

İranda rəsmi işsizlik səviyyəsi 10,8 faiz təşkil edir. İşsizlərin 60 faizdən artığının yaşı 24-dən aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti