...

Parkdan 10 min manatlıq stəkan oğurlayanlar saxlanılıb

Hadisə Materials 20 İyul 2018 10:44 (UTC +04:00)
Parkdan 10 min manatlıq stəkan oğurlayanlar saxlanılıb.
Parkdan 10 min manatlıq stəkan oğurlayanlar saxlanılıb

Bakı. Trend:

İyulun 18-də Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə rayon ərazisindəki parkların birindən 10 000 manat dəyərində 72 ədəd fəvvarə stəkanının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Sumqayıt şəhər sakini Qabil Kərimov və Bakı şəhər sakini Ümid Məmmədov olduqları müəyyən edilib.

Fəvvarə stəkanlarının bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti