...

Bakıda avtomobillərə qənim kəsilən şəxslər saxlanılıb

Hadisə Materials 20 İyul 2018 12:57 (UTC +04:00)
Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bakıda avtomobillərə qənim kəsilən şəxslər saxlanılıb

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Səlimliyə məxsus “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xanlar Hüseynov saxlanılıb.

20-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə paytaxt sakini F.Qədimovun “VAZ-2106” markalı avtomobilindən maqnitofon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Rəsul Rəhimov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti