...

Gecə paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 21 İyul 2018 09:14 (UTC +04:00)
Gecə saatlarında paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gecə paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Trend:

Gecə saatlarında paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

FHN-dən Trend-ə bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “Opel” və “Hyundai” markalı iki minik avtomobili toqquşmuşdur. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Opel” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti