...

Sumqayıtda mağazada baş verən yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 22 İyul 2018 00:21 (UTC +04:00)
Sumqayıtda mağazada baş verən yanğın söndürülüb.
Sumqayıtda mağazada baş verən yanğın söndürülüb (YENİLƏNİB)

Bakı. Trend:

Sumqayıtda mağazada baş verən yanğın söndürülüb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin 14-cü məhəllədə yerləşən “Bərəkət” marketdə baş vermiş yanğın nəticəsində ilkin məlumata əsasən ümumi sahəsi 1200 m² olan üçmərtəbəli binanın dam örtüyü və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 640 m² sahədə yanıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

X X X

21:15

Sumqayıtda mağazada yanğın baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, 14-cü məhəllədə yerləşən ikimərtəbəli mağazanın dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti