...

Cəlilabadda iki qardaş yol qəzasında həyatını itirib

Hadisə Materials 23 İyul 2018 13:54 (UTC +04:00)
Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Cəlilabadda iki qardaş yol qəzasında həyatını itirib

Bakı. Trend:

Cəlilabadda iki qardaş yol qəzasında həyatını itirib.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 22-də saat 5 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Masallı rayon sakinləri Fariz Novruzlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Tural Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “M” markalı motosiklet toqquşub.

Nəticədə T.Mirzəyev və sərnişini, qardaşı Yalçın hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti