...

Goranboyda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

Hadisə Materials 24 İyul 2018 03:00 (UTC +04:00)
Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Goranboyda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

Bakı. Trend:

Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 20-də saat 21 radələrində Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Ziyəddin Rüstəmov vurulub və xəstəxanaya aparılarkən yolda ölüb.

Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21103” markalı avtomobilin sürücüsü, Mingəçevir şəhər sakini Kamal Məmmədov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti