...

İrandan piyada gələn Azərbaycan vətəndaşında narkotik vasitələr aşkarlanıb

Hadisə Materials 25 İyul 2018 12:52 (UTC +04:00)
Üzərində gizlətdiyi narkotik vasitələr və psixotrop maddə aşkar edildi
İrandan piyada gələn Azərbaycan vətəndaşında narkotik vasitələr aşkarlanıb

Bakı. Trend:

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

DGK-dan Trend-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın üst paltarlarının altında, bədəninin bel nahiyəsinə kapron coraba yığılaraq sarınmış vəziyyətdə narkotik vasitələr - 2 bükümdə ümumi xalis çəkisi 480,76 qram olan heroin və 1 bükümdə xalis çəkisi 15,21 qram olan qurudulmuş marixuana, 4 bükümdə isə ümumi xalis çəkisi 201,61 qram olan metamfetamin adlı psixotrop maddə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti