...

Babək prospektində piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu

Hadisə Materials 26 İyul 2018 16:38 (UTC +04:00)
Babək prospektində piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub
Babək prospektində piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu

Bakı. Trend:

İyulun 22-nə keçən gecə 45-50 yaşlı kişinin ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmaması və orada ölməsi barədə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə məlumat daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini Tofiq Abbasov olduğu, Babək prospektində yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Eldar Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti