...

Zaqatalada itkin düşən şəxsin meyiti yaxın saatlarda təhvil veriləcək

Hadisə Materials 27 İyul 2018 21:03 (UTC +04:00)
Hazırda meyitin dağdan endirilməsi üzrə tədbirlər həyata keçirilir.
Zaqatalada itkin düşən şəxsin meyiti yaxın saatlarda təhvil veriləcək

Bakı. Trend:

Ötən gün Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyitinin həmin gün götürülməsi əməliyyat şəraitinin mürəkkəbliyi əlaqədar (mürəkkəb reylefli yüksək dağ massivində havanın qatı dumanlı olması səbəbilə) mümkün olmayıb.

FHN-dən Trend-ə verilən məlumata görə, meyitin götürülməsi üzrə tədbirlər iyulun 27-də gün ərzində aparılıb. Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin həyata keçirdiyi tədbirlər nəticəsində Q.İbrahimovun meyitinin olduğu yerdən götürülərək nisbətən təhlükəsiz əraziyə daşınması mümkün olub. Hazırda meyitin dağdan endirilməsi üzrə tədbirlər həyata keçirilir.

İbrahimov Qurban İbrahim oğlunun meyiti yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti