...

Quba rayonu ərazisində yanğınlar məhdudlaşdırılıb (YENİLƏNİB)

Hadisə Materials 28 İyul 2018 17:28 (UTC +04:00)
Yanğınsöndürmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır.
Quba rayonu ərazisində yanğınlar məhdudlaşdırılıb (YENİLƏNİB)

İlk xəbər saat 17:06-da yayımlanıb

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və İsnov kəndləri, Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, Quba rayonu ərazisində yanğınlar məhdudlaşdırılıb.

Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınsöndürmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır.

Əlavə məlumat veriləcək.

XXX

17:06

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və Qırlar kəndlərinin, həmçinin Siyəzən rayonunun İsnov kəndi yaxınlığında (Şabran rayonu ilə sərhəddə) meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti