...

Siyəzən və Şabran rayonunlarında meşəətrafı ərazidə yanğın başlayıb

Hadisə Materials 29 İyul 2018 16:01 (UTC +04:00)
Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəətrafı ərazidə yanğın başlayıb
Siyəzən və Şabran rayonunlarında meşəətrafı ərazidə yanğın başlayıb

Bakı. Trend:

Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəətrafı ərazidə yanğın başlayıb.

FHN-dən Trend-ə verilən məlumata görə, ərazidə əsən külək yanğının meşəlik əraziyə (çətin keçilən dağlıq ərazi) keçməsinə səbəb olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 1 ədəd “Mi-17” helikopteri hazırda hadisə rayonundadır. Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti