...

Beyləqanda həyat yoldaşını kəndirlə boğub öldürən şəxs tutulub

Hadisə Materials 30 İyul 2018 12:53 (UTC +04:00)
Arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürməkdə şübhəli bilinən Beyləqan rayonunun Sarısu kəndində yaşayan Mübariz Ağayev saxlanılıb
Beyləqanda həyat yoldaşını kəndirlə boğub öldürən şəxs tutulub

Bakı. Trend:

Beyləqanda həyat yoldaşını kəndirlə boğub öldürən şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 29-da Beyləqan rayonunun Sarısu kəndində yaşayan Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürmüşdür.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev saxlanılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti