...

Qaçaqmalçılıq yolu ilə gətirilən pirotexniki vasitələrin realizə edilməsinin qarşısı alınıb

Hadisə Materials 31 İyul 2018 14:16 (UTC +04:00)
Qaçaqmalçılıq yolu ilə gətirilən pirotexniki vasitələrin realizə edilməsinin qarşısı alınıb
Qaçaqmalçılıq yolu ilə gətirilən pirotexniki vasitələrin realizə edilməsinin qarşısı alınıb

Bakı. Trend:

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Opel Vectra" markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb.

Vətəndaş Elşad Əhmədovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada pirotexniki vasitələrin olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində cəmi 751 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti