...

Şəmkirdə yol qəzası - Ölən və yaralananlar var

Hadisə Materials 6 Avqust 2018 14:04 (UTC +04:00)
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Şəmkirdə yol qəzası - Ölən və yaralananlar var

Bakı. Trend:

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumta görə, rayonun Düyərli kəndi ərazisində Bakı şəhər sakini Vüqar Vəliyevin idarə etdiyi BMW və Abşeron rayon sakini Mais Mirzəyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

Nəticədə M.Mirzəyev və sərnişin Rəsul Əliyev hadisə yerində ölüb, digər sərnişin və BMW-nin sürücüsü V.Vəliyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti