...

Şirvan sakinini aldadaraq avtomobilini qaçıran şəxs tutulub

Hadisə Materials 10 Avqust 2018 17:33 (UTC +04:00)
Şirvan şəhər sakini Elnur Bədəlov saxlanılıb
Şirvan sakinini aldadaraq avtomobilini qaçıran şəxs tutulub

Bakı. Trend:

İyulun 24-də Şirvan şəhəri ərazisində naməlum şəxs Sabirabad rayon sakini Faiq Abbasəliyevi aldadaraq “Lada Granta” markalı avtomobilini ondan alıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Salyan şəhərinin ərazisində hərəkətdə olması müəyyən edilmiş edilib və məlumat aidiyyəti üzrə ötürülüb.

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Elnur Bədəlov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti