...

Bakıda kafedə qətl törədən iki nəfər saxlanılıb

Hadisə Materials 11 Avqust 2018 17:33 (UTC +04:00)
Bakı şəhər sakini Cavid Həmzəyevi qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakini Elçin Nəcəfov və Babək rayon sakini Xaliq Mustafayev saxlanılıblar
Bakıda kafedə qətl törədən iki nəfər saxlanılıb

Bakı. Trend:

Bakıda kafedə qətl törədən iki nəfər saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 10-da Biləcəri qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinin həyətində naməlum şəxs Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb. C.Həmzəyev xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Elçin Nəcəfov və Babək rayon sakini, əvvəllər məhkum olunmuş Xaliq Mustafayev saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti