...

Gömrükçülər qanunsuz yolla keçirilən siqaretlər aşkarlayıblar (FOTO)

Hadisə Materials 13 Avqust 2018 13:16 (UTC +04:00)
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz 190" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Gömrükçülər qanunsuz yolla keçirilən siqaretlər aşkarlayıblar (FOTO)

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz 190" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dan Trend-ə verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2000 ədəd "Parlament Super Slim" və 1180 ədəd "Parlament Carat" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti