...

Gömrük orqanına bəyan olunmayan müxtəlif avadanlıqlar aşkar edilib (FOTO/VİDEO)

Hadisə Materials 14 Avqust 2018 18:42 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Gömrük orqanına bəyan olunmayan müxtəlif avadanlıqlar aşkar edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, təkrar baxış zamanı nəqliyyat vasitəsindən gömrük orqanıına bəyan olunmayan 36 top müxtəlif ölçülü elektrik kabelləri, 9 qutu plastik kabel kanalları və 12 top elektrik izolyasiya boruları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti