...

Keçmiş məhkumun evindən narkotik götürülüb (FOTO)

Hadisə Materials 16 Avqust 2018 17:15 (UTC +04:00)
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini 48 yaşlı Elvin Abdullayev saxlanılıb.
Keçmiş məhkumun evindən narkotik götürülüb (FOTO)

Bakı. Trend:

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini 48 yaşlı Elvin Abdullayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, E.Abdullayevə məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 166 ədəd çətənə kolu, 2 kisədə qurudulmuş marixuana, yaşadığı evdən isə 23 ədəd kibrit qutusunda çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti