...

Yasamalda yanğın - 1 nəfər xəsarət alıb

Hadisə Materials 18 Avqust 2018 16:58 (UTC +04:00)
Bakının Yasamal rayonunda ikimərtəbəli ev yanıb.
Yasamalda yanğın - 1 nəfər xəsarət alıb

Bakı. Trend:

Bakının Yasamal rayonunda ikimərtəbəli ev yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti