...

Gömrükdən 19 min ədəd pirotexniki vasitə keçirmək istədi (FOTO)

Hadisə Materials 24 Avqust 2018 09:45 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Gömrükdən 19 min ədəd pirotexniki vasitə keçirmək istədi (FOTO)

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 21214" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baxış zamanı avtomobildə gömrük nəzarətindən gizlədilən üzərində "Big Cracker" yazısı olan 870 ədəd və "Enigmabg" yazısı olan 18 min ədəd pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti