...

Ötən gün 128 cinayət faktı qeydə alınıb

Hadisə Materials 25 Avqust 2018 15:41 (UTC +04:00)
Ötən gün 128 cinayət faktı qeydə alınıb.
Ötən gün 128 cinayət faktı qeydə alınıb

Bakı. Trend:

Avqustun 24-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 128 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölmüş, 17 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti