...

Qaradağda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Hadisə Materials 11 Sentyabr 2018 14:59 (UTC +04:00)
Qaradağ rayonunun Salyan yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Qaradağda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Qaradağ rayonunun Salyan yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 10-da saat 7 radələrində Qaradağ rayonunun Salyan yolu küçəsində Şəmkir rayon sakini İsgəndər Məmmədov idarə etdiyi “Mercedes” markalı dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən Füzuli rayon sakini Mahir Ağayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti