...

Prokuror qadını şantaj edən şəxsə 7 il 6 ay cəza istədi

Hadisə Materials 19 Sentyabr 2018 13:51 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prokuror qadını şantaj edən şəxsə 7 il 6 ay cəza istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.İsmayılovun 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 26-na təyin edilib.

İttihama görə, E.İsmayılov tanışını şantaj edərək pul tələb edib.

O, R.Məmmədova ilə sosial şəbəkədə tanış olub və daha sonra onun qadınla isti münasibəti yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər.

Bir neçə aydan sonra E.İsmayılov R.Məmmədovanı şantaj edərək, onu intim şəkillərini sosial şəbəkədə yayacağı, biabır edəcəyi ilə hədələyib.

E.İsmayılov bu şəkilləri yaymamaq üçün qadından 10 min manat pul tələb edib. R.Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib, E.İsmayılov həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti