...

Dəhşətli faciədə qurbanların sayı 225 nəfərə çatıb

Dünya xəbərləri Materials 23 Sentyabr 2018 19:01 (UTC +04:00)
Tanzaniyada, Viktoriya gölündə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 225-ə çatıb
Dəhşətli faciədə qurbanların sayı 225 nəfərə çatıb

Bakı. Trend:

Tanzaniyada, Viktoriya gölündə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 225-ə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, şənbə günü axşam saatlarında 9 nəfərin, baza günün səhər saatlarında isə 7 nəfərin cəsədi aşkar edilib.

Xatırladaq ki, daha əvvəl 209 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, bərə sentyabrın 20-si Yukora adasındakı yanalma körpüsündən 50 metr aralıda çevrilib.

"Reuters"in məlumatına görə, bərənin göyərtədə 400-ə yaxın adam olub ki, bu da gəminin imkanlarını üstələyir. Həmçinin bərə qarğıdalı, banan və sement kisələri ilə dolu yük daşıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti