...

Saatlıda arxa aşan “QAZel”i təmir edən usta öldü

Hadisə Materials 27 Sentyabr 2018 14:28 (UTC +04:00)
Saatlı rayonunun Qazanbatan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Saatlıda arxa aşan “QAZel”i təmir edən usta öldü

Bakı. Trend:

Saatlı rayonunun Qazanbatan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 25-də saat 23 radələrində Saatlı rayonunun Qazanbatan kəndi ərazisində Dəqə Qorqud kənd sakini İlqar Rəşidov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun hərəkət hissəsində nasaz vəziyyətdə dayanmış Saatlı şəhər sakini Əfsər Hacıyevə məxsus “QAZel” markalı avtomobilə vurub və nəticədə “QAZel” yolun kənarındakı su arxına aşıb.

Həmin vaxt bu nəqliyyat vasitəsini təmir edən Çolpı kənd sakini Təbriz Bayramov zərbənin təsirindən hadisə yerində ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti