...

Binəqədidə yanğın - 15 nəfər təxliyə olundu

Hadisə Materials 1 Oktyabr 2018 09:17 (UTC +04:00)
Binəqədi rayonunda yanğın baş verib.
Binəqədidə yanğın - 15 nəfər təxliyə olundu

Bakı. Trend:

Binəqədi rayonunda yanğın baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti